Dünən, iyunun 24-də “İnter Mayami”nin argentinalı kapitanı, veteran ulduz hücumçu Lionel Messi 38 yaşını qeyd edib.
Arena.az məlumat veir ki, Messinin həyat yoldaşı Antonela Rokkutso sevimli ərinə üzərində smurfcuq olan tort təqdim edib və futbolçunun tortla birlikdə şəklini sosial şəbəkə hesabları üzrəindən dərc edərək, ürək sözlərini paylaşıb:
“Doğum günün mübarək, ay qoca Deyingən! Ən yaxşı ata, ən yaxşı ər, hər şeydə ən yaxşı! Bəxtimiz necə gətirib ki, sən bizim varımızsan! Biz səni sevirik!”.
Xatırladaq ki, Deyingən – smurflar aləminin bir simasıdır ki, daima öz narazılığı ilə dad çəkir. Smurf ilk dəfə “Peyo” təxəllüslü belçikalı rəssam Pyer Küllifor tərəfindən düşünülərək, təsvir edilib və 1958-ci ilin oktyabr ayının 23-də “Le Journal de Spirou” dərgisində ilk dəfə dərc edilib. 1980-ci ildə isə “Smurflar” (ingiliscə, “The Smurfs”) adlı silsilə mavi ekranlarda nümayiş etdirilməyə başlanılıb və o vaxtdan ingilisdilli dünyada smurfcuqların məşhurluğu baş qaldırıb. 1990-cı illərdə “Nintendo” şirkəti öz oyun qurğuları üçün smurflarla bağlı oyunlar buraxmağa başlayıb.
