AZ

Meksikada kütləvi atışma olub

 

Silahlı şəxslər Meksikanın mərkəzində kartellə bağlı zorakılığın hökm sürdüyü bir şəhərdə evə hücum edərək, aralarında uşaqların da olduğu 10 nəfəri öldürüblər.

Operativ Media xəbər verir ki, Quanajuato ştatının İrapuato şəhərində çərşənbə axşamı gecə baş verən atışmada daha bir neçə nəfər yaralanıb.

Atışma dini bayram zamanı baş verib.

Meksika prezidenti Klaudiya Şeynbaum səlahiyyətlilərin araşdırmaya başladığını bildirib.

Seçilən
2
operativmedia.az

1Mənbələr