AZ

KPR yeni baş məşqçisini bəyan etdi

“Kuinz Park Reyncers” (KPR) rəhbərliyi “Super Çənbərlər”in sükanı arxasına yeni baş məşqçinin təyinatını açıqlayıb.

Arena.az “Kuinz Park Reyncers”in rəsmi saytına istinadən məlumat verir ki, klub 44 yaşlı fransız mütəxəssis Jülyen Stefanla anlaşıb, müqavilə müddəti açıqlanmır.

“Mən öz təyinatıma şadam. “Kuinz Park Reyncers” özünün vacib dəyərləri və şövqlü azarkeşləri ilə tarixi bir klubdur, odur ki, mən özümü xoşbəxt hiss edirəm.

İngilis futbolunda nəsə müstəsna bir xüsus var. Cəldlik, ab-hava, azarkeşlərin şövqü, oyunun sürəti, oyunayaxın mədəniyyət – bütün bunlar ingilis futbolunu məşqçi üçün çox həvəsli bir mühitə çevirir.
Oyun üslübum? Mənə, komandam fəal və diribaş fəaliyyət göstərəndə xoş gəlir, futbolçularım isə fərdi qaydada oynaya bilərlər”, deyə Stefan vurğulayıb.

Xatırladaq ki, Jülyen Stefan əvvəllər “Renn” və “Strasbur”u çalışdırıb. 2018/2019-cu illər mövsümündə Stefan “Renn”ə Fransa Kubokunu qazandırıb.

Göründüyü kimi, KPR fransız mütəxəssisin məşqçilik karyerasında ilk əcnəbi komanda olacaq.

Seçilən
7
arena.az

1Mənbələr