AZ

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Seçilən
16
36
azertag.az

10Mənbələr