AZ

Bayram günlərində necə qidalanmaq lazımdır? — Həkim rəyi

Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı və həddən artıq qida qəbulu halları daha çox müşahidə olunur. Bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterin səviyyəsində yüksəlmələrlə nəticələnə bilər.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda mütəxəssis-ekspert, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə, bayram günlərində sağlam qidalanmanı təmin etmək üçün öncədən plan qurmaq çox vacibdir: “Yemək saatlarını əvvəlcədən müəyyənləşdirmək, gün ərzində fasilələrlə qidalanmaq faydalıdır. Bayram süfrəsində ağır və yağlı yeməklərin yanında lifli tərəvəz salatlarına, yoğurt əsaslı məzələrə, təbii şirələrə və bol suya yer vermək lazımdır. Qızartmalar və un məmulatlarını az qəbul etmək, desertləri isə əsas yeməkdən azı 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur. Şirniyyata tamamilə qadağa qoymaq əvəzinə, onu miqdarında qəbul etmək lazımdır”.

Seçilən
15
7
demokrat.az

9Mənbələr