AZ

Alfonso Dominges dünya yığmasının heyətində yarışacaq

Boks üzər Azərbaycan yığmasının üzvü Alfonso Dominges dünya yığmasının heyətində yer alacaq.

İdman.biz xəbər verir ki, Paris-2024 Olimpiadasının gümüş mükafatçısı Rusiyanın "Dinamo"suna qarşı görüşdə iştirak edəcək.

Dominges 82 kq çəki dərəcəsində Ramazan Dadayevlə üz-üzə gələcək. Görüş iyulun 4-də baş tutacaq. 8 çəki dərəcəsində qaliblər üç raundda bəlli olacaq.

Qeyd edək ki, dünya yığması ilə "Dinamo" arasındakı mübarizə "Malaxbekov turniri" çərçivəsində təşkil olunacaq.

İdman.biz

Seçilən
48
1
idman.biz

2Mənbələr