AZ

Məşhur turizm şəhərində gecələr spirtli içkinin satışı qadağan edilib

25 iyun 2025-ci il tarixində Portuqaliyanın üçüncü ən böyük şəhəri Portoda gecə vaxtı mağazalarda spirtli içkinin satışına qoyulan qadağa qüvvəyə minib.

Qaziler.az “Portugal News”a istinadla yazır ki, bu, 2023-cü il martın 1-də qüvvəyə minən qaydalara üçüncü dəyişiklikdir ki, bu da Portonun demək olar ki, bütün mərkəzini əhatə edəcək.

Qeyd olunur ki, hazırda bu zonada spirtli içkilərin satışı saat 21:00-dan səhər saat 8-ə qədər yalnız kafe, bar, restoran və gecə klublarında həyata keçiriləcək. Supermarketlər, suvenir mağazaları və şərab anbarları kimi müəssisələr artıq spirtli içki sata bilməyəcək.

QAZİLER.AZ

Seçilən
29
qaziler.az

1Mənbələr