Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-də keçirilən klublararası dünya çempionatında F qrupunun üçüncü turunun oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda "Borussiya Dortmund" (Almaniya) - "Ulsan" (Cənubi Koreya) və "Mamelodi Sandaunz" (Cənubi Afrika Respublikası) - "Fluminense" (Braziliya) matçları keçirilib.
"Borussiya Dortmund" - "Ulsan" oyunu almanların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Daniel Svensson vurub.
"Mamelodi Sandaunz" - "Fluminense" matçı isə qolsuz heç-heçə ilə yekunlaşıb.
Üç turdan sonra "Borussiya Dortmund" yeddi xalla qrup lideri kimi, "Fluminense" isə beş xalla qrup ikincisi kimi 1/8 final mərhələsinə adlayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.