AZ

Qalstanyan həbs edildi

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu onun vəkili Hovhannes Xudoyan açıqlayıb.

Onun sözlərinə görə, Qalstanyan qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Seçilən
46
4
qafqazinfo.az

10Mənbələr