ain.az, Dogru.az portalına istinadən məlumat verir.
Şimali Koreya lideri Kim Çen In Vonsan şəhərində Kalmas yarımadasında genişmiqyaslı sahil turizm zonasının açılışını edib.
KCNA- nın məlumatına görə , kompleks iyulun 1-də açılacaq və Kim Çen Inın “dünya səviyyəli” mədəni istirahət zonasının tikintisi üzrə möhtəşəm layihəsinin bir hissəsi kimi tikilib.
Mərasimdə Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqoranın da olduğu qeyd edilir.
Bundan əvvəl, beş illik fasilədən sonra KXDR-dən vaqonla ilk qatar Moskvaya gəlib.
Bundan əlavə, Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov KXDR-də “Rus evi”nin açılmasına icazə verib.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.