AZ

Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş kitabın təqdimatı olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 iyun, AZƏRTAC

AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, REM-in direktoru, dosent Mehman Qaraxanoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov və başqa çıxış edənlər bu nəşrin yaşadığımız şərəfli günlərin, ümumxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikası olduğunu, ölkəmizin ədəbi-mədəni həyatında əhəmiyyətli hadisəyə çevriləcəyini, gənc nəslin vətənsevərlik ruhunda böyüməsində, bədii, estetik tərbiyəsində müsbət rolunu vurğulayıblar.

Qeyd edilib ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan eyni adlı layihəsi çərçivəsində buraxılan kitabda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb.

Almanaxın nüsxələri şəhid ailələrinə, qazilərə, təqdimatda iştirak edənlərə, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, hərbi hissələrə, müəlliflərə paylanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
azertag.az

3Mənbələr