AZ

ABŞ Meksikanın üç bankına sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ hökuməti ilk dəfə olaraq Meksikada fəaliyyət göstərən üçbankı narkotik kartellərinə maliyyə dəstəyi göstərdiyi üçünsanksiyalar siyahısına daxil edib.

Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.

Sanksiya tətbiq edilən maliyyə institutları – "CIBanco","Intercam Banco" və "Vector Casa de Bolsa" – "Sinaloa", "JaliscoNew Generation" və "Golfo" kartelləri üçün çirkli pullarınyuyulmasında və Çindən gətirilən sintetik narkotiklərinistehsalında istifadə olunan maddələrin maliyyələşdirilməsindəittiham olunur.

Maliyyə Departamentinin direktoru Skot Bessentin sözlərinə görə,bu banklar fentanil tədarük zəncirinin əsas halqaları kimi çıxışedir və transmilli cinayətkar şəbəkələrin maliyyə infrastrukturunutəmin edirlər.

Nazirlik qeyd edib ki, beynəlxalq narkotik ticarətinə qarşımübarizə Meksika hakimiyyəti ilə sıx əməkdaşlıq çərçivəsindəaparılır.

Xatırladaq ki, daha əvvəl – mayın 5-də Bloomberg ABŞ ƏdliyyəDepartamentinin mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuzdövriyyəsinə qarşı mübarizə aparan idarələrarası işçi qrupununləğvini planlaşdırdığı barədə məlumat yaymışdı.

Seçilən
10
az.trend.az

1Mənbələr