AZ

Məkkədə Kəbənin örtüyü dəyişdirilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin örtüyüdəyişdirilib.

Trend xəbər verirki, bu barədə Məscidül-Həram və Məscidün-Nəbəvi İşləri üzrə Başİdarə məlumat yayıb.

Məlumata görə, dünən axşam saatlarından başlanan prosesdə 154nəfərlik peşəkar mütəxəssislərdən ibarət heyət iştirak edib.

Yeni hazırlanan, 47 hissədən ibarət və 1415 kiloqram çəkisi olanörtüyün dəyişdirilməsi bir neçə saat davam edib. Kəbə örtüyününhazırlanması üçün təxminən 825 kiloqram saf ipək, 180 kiloqram isəgümüş və qızıldan istifadə olunub.

Qeyd edək ki, yenisi ilə əvəzlənən köhnə örtük isə zəm-zəm suyuilə yuyulduqdan sonra muzeylərdə nümayiş etdirilməsi üçün İslamölkələrinə göndərilir.

Seçilən
48
az.trend.az

1Mənbələr