AZ

Rusiya ilə savaş olsa, 1 həftəyə darmadağın olacağıq

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya ilə Litva arasında müharibə olacağı təqdirdə Baltikyanı ölkənin ordusu bir həftəyə məhv ediləcək.

Axar.az xəbə verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşrinə litvalı politoloq Sarunas Likis deyib.

Onun sözlərinə görə, Litva ordusunda 12 minə yaxın hərbçi var, perspektivdə isə 15-20 minə yaxın hərbçinin olacağı gözlənilir. Likis hesab edir ki, Rusiya ilə mümkün münaqişədə bu kifayət deyil.

Politoloq əlavə edib ki, NATO-nun digər ölkələrinin vətəndaşları kimi litvalılar da müdafiə xərclərini ölkənin ÜDM-nin 5%-i qədər artırmaq tələbi ilə əlaqədar olaraq “kəmər sıxmağa” ehtiyac duyurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
5
axar.az

10Mənbələr