AZ

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.

Demokrat.az  "Report"a istinadla xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayonu ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib.

Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb.

Məlum olub ki, sürücü Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərdən birində işləyib.

Seçilən
17
24
demokrat.az

10Mənbələr