AZ

AİB Orta dəhlizi iqtisadi dəhlizə çevirmək niyyətindədir - Yevgeniy Jukov

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta dəhlizi iqtisadi dəhlizə çevirməkniyyətindədir.

Trend xəbər verirki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoruYevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankınınillik toplantısı çərçivəsində keçirilən panel müzakirələrindədeyib.

“Bu o deməkdir ki, dəhliz boyunca əlaqəliliyinyaxşılaşdırılmasından faydalanan nəqliyyat sistemlərinin, logistikainfrastrukturunun və biznesin kompleks inkişafını təmin etməklazımdır. Dəhlizin inkişafı dövlət və özəl sektorunəlaqələndirilmiş səylərini tələb edir”, – deyə o qeyd edib.

Jukovun sözlərinə görə, son illərdə Orta dəhliz üzrəyükdaşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.

“Belə ki, 2024-cü ildə yükdaşımanın həcmi demək olar ki, 5milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 60%-dən çoxartım deməkdir. Konteyner daşımalarında da nəzərəçarpan artım qeydəalınıb – bu göstərici eyni dövrdə 2,6 dəfə yüksəlib”, – deyə oəlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirənnəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindənkeçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativkimi çıxış edir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistankimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsiləAzərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dənizyollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklifedir.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr