AZ

"Yuventus" "Mançester Siti"yə qarşı, "Real Madrid" qrupdan çıxa biləcək?

Klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün 1/8 finalın son iştirakçıları müəyyənləşəcək. 

Əvvəlcə G qrupunda 3-cü - sonuncu tura yekun vurulacaq. Saat 23:00-da "Vidad" (Mərakeş) - "Əl-Əyn" (BƏƏ) və "Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) görüşləri start götürəcək. Xüsusilə Avropa nəhənglərinin dueli prinsipiallıq vəd edir. Baxmayaraq ki, hər iki komanda 1/8 finala vəsiqəni təmin edib. Sadəcə, qrup birincisi olmaq baxımından görüş əhəmiyyətini qoruyur.

D qrupunun görüşləri isə Bakı vaxtı ilə saat 05:00-dan etibarən başlayacaq. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) "Paçuka" (Meksika) komandasını, "Real Madrid" (İspaniya) isə "Zalsburq"u (Avstriya) sınağa çəkəcək. Qrupda Meksika təmsilçisi istisna olmaqla, digər 3 komandanın 1/8 finala çıxmaq şansı olduğu üçün hər iki oyun güzəştsiz mübarizə vəd edir.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Seçilən
36
43
fanat.az

10Mənbələr