BAKI, 26 iyun. TELEQRAF
Fransanın bir neçə bölgəsində güclü yağışlar və qasırğa nəticəsində azı iki nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Franceinfo" radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, qasırğa və leysanlar əsasən ölkənin şimalından cənub-qərbinə qədər olan geniş ərazini əhatə edib. Güclü yağıntılarla yanaşı, bəzi yerlərdə küləyin sürəti saniyədə 38 metrə qədər yüksəlib.
Təbii fəlakət nəticəsində infrastruktur və nəqliyyat əlaqələrində də ciddi problemlər yaşandığı bildirilir.