AZ

Bu yürüşlərdə qürur və fəxr hissi ilə iştirak edirəm - Hərbi lisey orkestr üzvünün övladı

Bakı. Trend:

Bu gün, iyunun 26-sı Azərbaycan Respublikasının SilahlıQüvvələrinin yaradılmasının 107-ci ildönümür. 1918-ci il iyunun26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı iləilk hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb. ÜmummilliLider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən,iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətininartırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu siyasətiniuğurla davam və inkişaf etdirib. Bu sahədə aparılan uğurlusiyasətin nəticəsidir ki, bu gün dünyanın ən güclüləri sırasındaolan, Cənubi Qafqazda rəqib tanımayan Azərbaycan Ordusu 107 yaşınışanlı Zəfərin beşinci ildönümünün təntənəsində qeyd edir.

Trend-inəməkdaşı Silahlı Qüvvələr Gününün 107-ci ildönümü ilə bağlı şəhərsakinlərinin fikirlərini öyrənib.

Paytaxt sakini, gənc oğlan Trend-ə fikirlərini bölüşürək bildiribki, 26 iyun Silahlı Qüvvələr Günü hər il olduğu kimi, bu il dətəntənəli qeyd olunur:

“Bugünkü yürüşdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrıvə Ali Hərbi Liseyin kursantları iştirak edir. Mən burada olmaqdançox şadam. Fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam.Mən hərbi liseyin orkestrının üzvlərindən birinin övladı olaraq buyürüşlərdə qürur və fəxr hissi ilə iştirak edirəm”.

“Bu yürüşlər ordumuzun gücünü və nizam-intizamını nümayişetdirməklə birgə, biz gənclərə vətənpərvərlik ruhunu aşılayır.Bizlərin bu ruhda tərbiyə olunaraq böyüməsinə imkan yaradır”, -deyə o qeyd edib.

Seçilən
5
az.trend.az

1Mənbələr