Rusiya xüsusi aviasiya dəstəsinin təyyarəsi Sankt-Peterburqdan Nyu Yorka adi işçi daşıma reysi həyata keçirib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İl-96 təyyarəsi ABŞ-a yeni əməkdaşlar aparıb və işçi səfərindən qayıdanları geri gətirib:
"Bu, ildə bir neçə dəfə keçirilən adi reysdir"