AZ

AİB Orta dəhliz infrastrukturuna iqlim dayanıqlığı və rəqəmsal innovasiyaların inteqrasiyası barədə danışıb

Bakı. Trend:

Rəqəmsal texnologiyaları Orta dəhliz boyunca əlaqələndirmə vəkommunikasiyanın təkmilləşdirilməsi baxımından həlledici roloynayır.

Trend xəbər verirki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoruYevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankınınillik toplantısı çərçivəsində keçirilən panel müzakirələrindədeyib.

O qeyd edib ki, Asiya İnkişaf Bankı (AİB) dayanıqlı limanlarınvə dəniz daşımalarının inkişafına investisiya qoyuluşuna prioritetkimi yanaşır və enerjiyə qənaət edən texnologiyaların tətbiqinitəşviq edir.

“Xəzər dənizində sahilyanı dövlətlərin iqtisadiyyatında mühümrol oynayan həm iri, həm də kiçik limanlar yerləşir. Bununla belə,bu limanlar su səviyyəsindəki dəyişkənliklərə xüsusilə həssasdır.1990-cı illərin əvvəllərindən bəri Xəzər dənizinin səviyyəsi 2 metrazalıb, yüzilliyin sonunadək isə bu göstəricinin 9–18 metr arasındaazalacağı və nəticədə şimal hövzəsinin tamamilə yox olacağıproqnozlaşdırılır. AİB bu problemin ciddiliyinin və limanların,gəmiçilik kanallarının və ticarət gəmilərinin uyğunlaşdırılmışlayihələndirilməsinə olan ehtiyacın, eləcə də su səviyyəsininazalmasının nəticələrinin yumşaldılması və iqlim dəyişikliklərinəuyğunlaşma məqsədilə siyasətlərin uzlaşdırılmasının və əməkdaşlığınvacibliyinin fərqindədir”, – deyə Jukov bildirib.

O vurğulayıb ki, dəhliz boyunca yerləşən bir çox ölkələriniqtisadi strukturu geniş şəkildə avtomobil nəqliyyatındanistifadəyə əsaslanır – dəmir yollarına keçid isə həmişə mümkün vəya iqtisadi baxımdan əsaslandırılmış olmur.

“Bu isə həmin marşrut üzrə nəqliyyat sektorunun emissiyalarınınhəcminə mənfi təsir göstərir. Bu problemin həlli məqsədilə AİB-inplanlaşdırdığı avtomobil nəqliyyatı infrastrukturu layihələrinəemissiyaların azaldılmasına yönəlmiş iqlimlə bağlı exnologiyalar vəlogistik həllər inteqrasiya olunacaq”, – deyə o əlavə edib.

Jukovun sözlərinə görə, Orta Dəhliz çərçivəsindəəlaqələndirilmiş və qarşılıqlı fəaliyyətin artırılması üçünrəqəmsal texnologiyalar əsas element sayılır. Yüklərin izlənməsi vəidarə olunması üçün uyğunlaşdırılmış rəqəmsal platformalarıntətbiqi logistik zəncirin iştirakçılarına real vaxt rejimindəməlumat mübadiləsi aparmağa imkan verəcək, bu isə nəqliyyatvasitələri və operatorlar arasında əlaqələndirməniyaxşılaşdıracaq.
“Bu, təkcə effektivliyi artırmır, həm də logistik zəncirlərdəşəffaflığı və hesabatlılığı gücləndirir. Real vaxtda izləməimkanları yüklərin statusu ilə bağlı operativ məlumat almağa şəraityaradır ki, bu da gecikmələrin qarşısını alır və uyğunsuzluqlarıaradan qaldırır”, – deyə o vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, elektron sənədləşməninstandartlaşdırılması da mühüm elementlərdən biridir.

“Dəhliz üzrə ölkələr arasında ticarət və gömrük sənədlərininharmonizasiyası prosedurların sadələşdirilməsinə və inzibati yükünazaldılmasına səbəb olacaq. Bu cür sənədlərin ümumi şəkildətanınması sərhədlərin fasiləsiz keçidini təmin edəcək, səhvlərinsayını azaldacaq, təchizat zəncirinin etibarlılığını artıracaq vəxərcləri minimuma endirəcək”, – deyə Jukov yekunlaşdırıb.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirənnəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindənkeçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativkimi çıxış edir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistankimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsiləAzərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dənizyollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklifedir.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr