Sea Breeze

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Baş idarənin və tabe qurumların əməkdaşlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrası ilə bağlı “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ekspert qrupunun üzvü Əliməmməd Nuriyev və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli maraqlı mühazirələrlə çıxış ediblər, mövzu ətrafında geniş və ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ETX
ETX
ETX