Saglamolun saytından alınan məlumata görə, ain.az bildirir.
QURĞUŞUN ZƏHƏRLƏNMƏSİ DİAQNOZU QOYULUB
Uzun müddət paslanmış polad termosda çay dəmləyən tayvan sakini pnevmoniya olub.
Ağır metal toksinlərin ağciyər infeksiyasına səbəb olub. Həkimlər pasiyentə qurğuşun zəhərlənməsi diaqnozu qoyublar. Tayvanlı ortayaşlı kişi bir il sonra pnevmoniya ağırlaşmalarından dünyasını dəyişib.
Qəhvə, çay, şirələr, qazlı su, süd məhsulları, bitki mənşəli və müalicəvi içkilər və spirt metal termoslarda 4 saatdan çox saxlanılmamalıdır. Termoslar hər il yenilənməlidir. Qida termosları seçərkən keyfiyyətli, paslanmayan poladdan, keramikadan və ya şüşədən hazırlanmış məhsullara üstünlük vermək lazımdır. Əşyadan hər hansı xüsusi qoxu və ya pas əmələ gələrsə, ondan istifadə dərhal dayandırılmalıdır. Bakteriya və ağır metal qalıqları riskini azaltmaq üçün termos müntəzəm olaraq soda və ya sirkə ilə təmizlənməlidir, deyə alimlər xəbərdarlıq edir.
Saglamolun.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.