AZ

BNMİ-dən növbəti əməliyyat: 60 kq narkotik aşkarlandı - FOTO - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, K.Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbula yola düşüb. 

Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb. 

Qeyd edək ki, səfər çərçivəsində K.Vəliyevin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşü də nəzərdə tutulub.

Seçilən
3
avtosfer.az

1Mənbələr