Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri təkbaşına Türkiyənin bütün hava hücumundan müdafiə ehtiyaclarını ödəməyə kifayət etmir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hava hücumundan müdafiə sistemi S-400 ilə məhdudlaşmır. Bizim ictimai rəy bunu son günlər regiondakı münaqişə ilə bağlı aydın şəkildə dərk edib. Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi kompleksi yaratmalıyıq. Raketlərin müxtəlif hündürlüklərdə olması və onların harmoniya içində işləməsi çox vacibdir”, - Ərdoğan bildirib.