AZ

Abşeronda “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbihissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbihissənin rəhbər heyəti, şəhid ailələri və hərbi hissənin şəxsiheyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə Hərbi Hissənin ərazisində Ümummilli LiderHeydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərəkUlu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Hərbi Hissənin klubunda davam etdirilən tədbirdəDövlət Himni oxunub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəvətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanqəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək həbçilərimizi“26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlararzulayıb. Azərbaycan ordusunun öz üzrəinə düşən vəzifənilayiqincə, ləyaqətlə yerinə yetirdiyini, şanlı Vətən müharibəsindədöyüş əzmi ilə düşməni sarsıtdığını və Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbəqazandığını önə çəkən RİH başçısı Silahlı Qüvvələrimizin bizim hərbtariximizə qızıl hərflərlə zəfərlər yazdığını bildirib. Azərbaycanordusunun bugünki qələbələrinin Ümummilli Lider Heydər Əliyevin adıilə bağlı olduğunu, ölkəmizdə milli kadrların hazırlanması, hərbsənətinin daha dərindən öyrənilməsi və maddi-texniki bazasının dahada gücləndirilməsi istiqamətində Ulu Öndərin misilsiz xidmətlərininolduğunu qeyd edən RİH başçısı əlavə edib ki, bu gün də ordumuzistənilən hərbi təxribatın qarşısını qətiyyətlə almağahazırdır.

Sonra hərbi hissənin rəhbəri, Abşeron RİH yanında İctimaiŞuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova vəAbşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atasıMəhərrəm İbadov çıxış edərək Azərbaycan ordusunun düşmən üzərindəqazandığı qələbələrdən və torpaqlarımızı işğaldan azad etmək üçüngöstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar. Qeyd edilib ki,işğaldan azad edilən şəhərlərimiz, kənd və qəsəbələrimiz sürətləbərpa edilir, məcburi köçkünlər öz yurdlarına böyük iftixarlaqayıtdırlar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətinprioritet məsələlərindən biri olub.

Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıtəqdim edilib.

Abşeronda
Abşeronda
Abşeronda
Abşeronda
Abşeronda
Abşeronda
Seçilən
40
7
az.trend.az

9Mənbələr