AZ

"iPhone 17 Pro"dan yeni görüntülər: Kamera dizaynı dəyişir?

Yeni yayımlanan "iPhone 17 Pro" maket görüntüləri əvvəlki dizayn sızıntılarına bənzər olsa da, bu dəfə daha tamamlanmış və real bir cihaz təəssüratı yaradır. Lakin mənbənin əvvəlki qeyri-dəqiq paylaşımları nəzərə alındıqda, qəti fikir bildirmək üçün hələ tezdir.

Valyuta.az xəbər verir ki, son həftələrdə "iPhone 17 Pro"ya aid olduğu iddia edilən sızıntıların sayı artıb və bu məlumatların əksəriyyəti cihazın kamera dizaynı ətrafında cəmlənib. Əvvəlki görüntülərdə böyük və nəzərəçarpacaq kamera çıxıntısı istifadəçilər arasında qarışıq reaksiyalar doğurmuşdu. Lakin son ortaya çıxan maket nümunəsi bu təəssüratı dəyişə biləcək bir görüntü təqdim edir.

Sızıntıları ilə tanınan "Majin Bu" ləqəbli mənbə, "iPhone 17 Pro"ya aid olduğu iddia edilən yeni bir maket modelin fotolarını paylaşıb. Dizayn, əvvəlki sızıntılarla böyük ölçüdə uyğunluq göstərsə də, bu model daha bütöv və demək olar ki, satışa hazır bir telefon görüntüsü yaradır. Xüsusilə qara rəngli versiyada parlaq kamera paneli ilə mat arxa səth arasındakı kontrast cihazın ümumi görünüşünü daha cəlbedici edir.

Yeni fotolarda kamera blokunun hələ də nəzərəçarpacaq olduğu görünür, lakin əvvəlki sızıntılardakı qədər çıxıntılı təsir bağışlamır. Bu da "Apple" şirkətinin dizaynda bəzi kiçik dəyişikliklər etmiş ola biləcəyini düşündürür. Təbii ki, belə sızıntıların istifadə olunan modelin istehsalat öncəsi prototip ola biləcəyini nəzərə almaq vacibdir.

Hər bir sızıntıda olduğu kimi, bu görüntülərin də tam dəqiqliklə məlumat verdiyini söyləmək çətindir. "Majin Bu" indiyədək həm dəqiq, həm də yanıltıcı məlumatlar paylaşması ilə tanınır. Buna görə bu kimi məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur. Lakin bu dəfəki maket modeli, əvvəlki görüntülərlə müqayisədə daha inandırıcı görünür və real cihazın dizaynına çox yaxın ola bilər.

İndiyədək yayılan məlumatlar, "iPhone 17 Pro" və "Pro Max" modellərində böyük bir kamera blokunun olacağını göstərir. Buna baxmayaraq, son maket nümunəsinin, xüsusilə dizayn baxımından yaranmış mənfi təəssüratları bir qədər yumşalda biləcəyi ehtimal olunur.

Paşa Məmmədli

Seçilən
27
valyuta.az

1Mənbələr