AZ

Bədavi Hüseynov: Azarkeşlərimizi yeni "İmarət"də sevindirəcəyik

BAKI, 26 iyun. TELEQRAF

“İllərdir anlayırdıq ki, tez ya da gec öz torpaqlarımıza qayıdacağıq”.

Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın kapitanı Bədavi Hüseynov komandasının Qarabağa səfəri barədə təəssüratlarını bölüşərkən deyib.

34 yaşlı müdafiəçi Ağdamda inşa olunacaq İmarət stadionuna ziyarətlərindən duyğulandığını bildirib: “Biz, xüsusilə komandada uzun illərdir çıxış edən futbolçular fərqli hisslərə bürünmüşdük. Artıq ikinci dəfə oradaydıq, o gözəl yerləri, gələcək stadionumuzu gördük. Ümid edirəm ki, yaxın zamanda azarkeşlərimizi yeni arenada sevindirə biləcəyik”.

Xatırladaq ki, Bədavi Hüseynov "Qarabağ"da 2012-ci ildən çıxış edir.

Seçilən
7
teleqraf.com

1Mənbələr