Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənistanda son günlər baş verən həbslər və “Müqəddəs mübarizə” Hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyana qarşı irəli sürülən ittihamlar diqqət mərkəzindədir.
Hakimiyyəti ələ keçirməyə yönəlmiş terror planları iddiası, eləcə də 15 nəfərin saxlanılması bir çox suallar doğurur.
Bu, real təhlükənin qarşısını almaq cəhdidir, yoxsa hakimiyyətin narazı səsləri susdurmaq üçün atdığı növbəti addımdır? Məlumdur ki, Paşinyan hakimiyyəti uzun müddətdir həm kilsə, həm də müxalif dairələrlə açıq qarşıdurma içindədir. Xüsusilə Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın son vaxtlar artan nüfuzu və küçələrdə toplaşan kütlələr fonunda bu həbslər siyasi planda ciddi siqnallar verir. Hadisələrin arxasında nə dayanır? Bu gərginlik Ermənistanın gələcəyi üçün nə vəd edir? "Ermənistanda baş verən proseslər daxili məsələlərdir və Nikol Paşinyanın hakimiyyətini qorumağa yönəlmiş addımlardır.
"Bu sözləri "Cebheinfo.az" - a açıqlamasında siyasi ekspert Ülviyyə Zülfiqar bildirib. Onun sözlərinə görə, Paşinyanın Türkiyəyə səfəri və geri döndükdən sonra Rusiyaya bağlı şirkətlərə, o cümlədən Samvel Karapetiyana qarşı atdığı addımlar, bu şirkətlərin milliləşdirilməsi və "Arexim Bank" , "MTS" , Ermənistan Elektrik Şəbəkəsi kimi qurumlara qarşı aparılan kampaniya Paşinyanın seçkilərdə rəqiblərini zərərsizləşdirmək məqsədi daşıyır:
"Bu addımlar onun hakimiyyətdə qalmasına yönəlib və bu proseslər aldığı siqnallara uyğun olaraq həyata keçirilir. Kilisə məsələsindən sonra Paşinyan artıq iqtisadi dayaqlara, xüsusilə Rusiyaya bağlı şirkətlərə qarşı daha ciddi addımlar atır. Hal-hazırda qarşı tərəf, yəni Rusiya hələ konkret bir namizəd təqdim etməyib, amma müxalifət Paşinyanı kənara atmaq üçün bu şəxsi müəyyən edə bilər".
Azərbaycanla sülh prosesi ilə bağlı məsələyə toxunan ekspert lbildirib ki, Paşinyan seçkilərə qədər bu məsələdə ciddi addımlar atarsa, həm daxili stabillik, həm də Ermənistanın gələcəyi baxımından daha faydalı olacaq:
"Sülh imzalandıqdan sonra müxalifətin əlindəki arqumentlər zəifləyəcək və onlar daha da gücsüzləşəcəklər. Lakin bütün bunlar hadisələrin gedişatına bağlıdır. Paşinyan Türkiyəyə etdiyi səfər ilə həm kilisə çevrəsinə, həm də Rusiya ilə bağlı iş adamlarına bir mesaj göndərdi".
Səbinə Uğur
Cebheinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.