AZ

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı

17:20 26.06.2025
17:20 26.06.2025

Füzuli rayonunda məktəbli kanalda batıb.

Mynews.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.

İlkin məlumata görə, kanalda batan rayon sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadədir.

Bildirilib ki, X sinifi bu il bitirən Nihad Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkimi Vüqar Nağızadənin oğludur.

Hazırda N.Nağızadənin axtarışları davam edir. (Teleqraf)


Seçilən
80
3
mynews.az

8Mənbələr