Bakı. Trend:
Azərbaycan Hava Yolları” (AZAL) nın təşəbbüsü ilə AzərbaycanTurizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün işgüzarsəhər yeməyi təşkil edilib.
Trend xəbər verir ki, görüşdəAZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Assosiasiyaüzvlərinə ilk olaraq Azərbaycan Hava Yollarının fəaliyyəti,göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumatverib. Cəmil Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın birsıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını,xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev adına BeynəlxalqHava Linmanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeydedib.
AZAL rəsmisi həmçinin gələcək planlarda təyyarə parkına yenihava gəmilərinin əlavə edilməsinin nəzərdə tutulduğunu, bununnəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımındangeniş imkanlar yaranacağını bildirib. Cəmil Manizadə AZAL üçünAssosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğukimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığınbundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.
AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirənAzərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətininsədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasındasəmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərindaha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyiniqeyd edib.
AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiyaüzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri Azalınrəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinəgörə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlararzulayıb.