AZ

Təkcə Bezosun nişanlısı deyil... O, öz səmasında parlayan ulduzdur

Təkcə

📍Televiziya ulduzu, pilot, biznes-ledi və indi də kosmosu fəth edən qadın. O, sadəcə milyarder Jeff Bezosun sevgilisi deyil — Loren Sançesin hekayəsi öz gücünə qalxan, tənqidə tab gətirən və hər dəfə yenidən doğulan bir qadının tarixidir.🧒 Oxumaqdan qorxan qızdan media ulduzunaLoren Sançes — əsl adıyla Vendi — 1969-cu ilin dekabrında ABŞ-ın Nyu-Meksiko ştatında dünyaya gəlib. Valideynləri boşandıqdan sonra nənəsinin himayəsində böyüyüb. Disleksiya diaqnozu və oxumaqda çətinlik çəkməsinə baxmayaraq, təslim olmadı.TəkcəLoren illər sonra bu travmasını qələmə aldı: 2024-cü ildə “Kosmosa uçan milçək” adlı uşaq kitabını yazdı. Kitabda öz uşaqlığını təsvir edərək, məktəbdə arxa sırada oturub özünü “axmaq” hiss edən o qıza dəstək oldu. 📚🎤 Televiziya, mükafatlar və enişli-yoxuşlu yolMediya sahəsində çalışan Loren "Fox Sports Net"də jurnalist kimi fəaliyyət göstərib, “So You Think You Can Dance” realiti-şousunda aparıcı olub, Emmy mükafatına namizəd göstərilib. Televiziya karyerası boyunca həm uğurlar, həm də itkilərlə qarşılaşıb — uşaq doğduğuna görə verilişdən uzaqlaşdırılıb, səhv təqdimat səbəbilə tənqidlərə tuş gəlib. Amma heç vaxt dayanmayıb.Hollivud filmlərində xəbər aparıcısı obrazları ilə çıxış edib: "Babylon 5", "White House Down", "Ted 2" və "Fantastic Four" kimi ekran işlərində görünərək, öz üslubunu qoruyub.🚁 Səmada bir qadınLorenin uşaq yaşlarından göyə sevgisi atasından gəlir. Əvvəlcə bələdçi olmaq istədi, amma çəkisinə görə qəbul edilmədi. Sonra öz yuxusunun sükanı arxasına keçdi — 2011-ci ildə helikopter pilotu lisenziyası aldı və 2016-cı ildə “Black Ops Aviation” adlı öz hava çəkiliş şirkətini qurdu.Bu kişi-dominant sahədə Loren qadınların da yer ala biləcəyini sübut etdi. Şirkət Christopher Nolanın “Dunkirk” filmində, Netflix və Warner Bros kimi nəhənglərlə əməkdaşlıq etdi.🌌 Kosmosu fəth edən qadın2025-ci ilin aprelində Loren Sançes tamamilə qadınlardan ibarət kosmik heyətin rəhbəri olaraq Jeff Bezosun “Blue Origin” şirkətinin New Shepard NS-31 missiyası ilə suborbitaya uçdu. Bu, 1963-cü ildən sonra ilk belə hadisə idi.Yalnız 10 dəqiqə 21 saniyə davam edən bu uçuş, Loren üçün ömürlük ilham və qadınlar üçün motivasiya idi: “Bu, gələcək nəsil üçün mesajdır — yer yoxdur, harada olmağın fərqi yoxdur, sən uçmaq üçün doğulmusan.” 🚀💵 Tənqidlər, cazibə və xeyriyyəBütün uğurlara baxmayaraq, Loren Sançes tənqidlərdən də sığortalanmayıb. Ağ Evin rəsmi qəbulunda geyindiyi cəsur libas, Trampın andiçmə mərasimindəki dekolteli görünüşü ciddi müzakirələrə səbəb oldu. Amma o, sükutla cavab verdi:“İnsanlar sizi sevəcək. İnsanlar sizdən nifrət edəcək. Amma bunların heç biri əslində sizinlə bağlı deyil.”Bununla yanaşı, o, xeyriyyəçiliklə də məşğuldur. Jeff Bezosla birgə evsiz ailələr üçün $110 milyon, ekoloji davamlı qida istehsalına $60 milyon ayırıb, Meksika sərhədindəki uşaqlar üçün təhsil mərkəzləri yaradıb.💍 Nəhayət... SevgiJeff Bezos və Loren Sançes ilk dəfə 2016-cı ildə tanış olublar. 2018-ci ildə Loren Bezosun "Blue Origin" layihələrində çalışanda münasibətləri yaxınlaşıb. 2019-da cəmiyyət qarşısına cütlük kimi çıxdılar. 2023-cü ilin mayında Jeff ona nişan üzüyü təqdim etdi.Loren Sançes sadəcə bir milyarderin nişanlısı deyil. O, uşaqkən qorxularını aşan, televiziyada öz yerini tapan, kişilərin dominant olduğu sahələrdə yol açan, kosmosu fəth edən və hələ də ilham verən bir qadındır.Ulusum..az

Diqqət Çəkənlər

BDU-nun "Məzun Günü" — Elm, Qürur və Gələcəyə Doğru Addım

Bakıya “iş” dalınca gəlmişdilər – Gürcüstanlı oğrular ələ keçdi

Ordumuz 107 yaşında – Gücümüz, qürurumuz, dayağımız!

Seçilən
12
ulusum.az

1Mənbələr