AZ

“Bu zəfər Loru mahalının ruhunu daşıyır”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının final mərhələsində "Loru" FK, əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda "Amasiya" FK üzərində penaltilər seriyasında 4:3 hesablı qələbə qazanaraq turnirin çempionu olub.

Vorontsovka rayon İcmasının gənclər üzrə məsul şəxsi Sakit Valıyev final sonrası "Loru FK"nın çempionluğu ilə bağlı 90deqiqe.az-a fikirlərini bölüşüb.

“Loru FK-nin bu qələbəsi təkcə bir komandanın deyil, bütün Qərbi Azərbaycanın uğurudur. Final oyunu həm emosional, həm də gərgin keçdi. Bu birlik və əzmkarlıq Qərbi Azərbaycan icmasının ruhunu əks etdirir. Komandamızı səmimi qəlbdən təbrik edirəm.”

Sakit Valıyev həmçinin rəqib komanda Amasiyanın gücünü xüsusi olaraq qeyd edib:

“Amasiya" FK ilə artıq qrup mərhələsindən tanış idik. Onlar turnirin ən sistemli və intizamlı komandalarından biri idi. Finalda bu rəqibə qalib gəlmək həm çətin, həm də çox dəyərli idi.”

Seçilən
41
90deqiqe.az

1Mənbələr