AZ

ABŞ viza tələblərində dəyişiklik etdi

BAKI, 26 iyun. TELEQRAF

ABŞ F, M və ya J kateqoriyalı vizalar üçün yeni tələb müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.

Qeyd olunur ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, F və M kateqoriyalı vizalar universitet və kolleclərdə təhsil, eləcə də peşə təhsili, J kateqoriyalı vizalar isə professor, alim və müəllimlərin mübadilə proqramında iştirakı üçün verilir.

Seçilən
64
11
teleqraf.com

10Mənbələr