Sea Breeze

25 iyun 2025-ci il tarixində “Vətən Fədaisi” adlı sənədli filmin rəsmi təqdimat mərasimi keçirilib.

Redaksiya xəbər verir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə ərsəyə gələn filmin təqdimatı Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutub.

Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və “HAYAT Media”nın təşkilati və texniki dəstəyi ilə reallaşıb.

Təqdimat mərasimi 26 İyunAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində təşkil edilib.

Filmdə şəhid Baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yolu əks etdirilib. Eyni zamanda, onun timsalında Vətən uğrunda canından keçmiş bütün igidlərin xatirəsi ehtiramla yad olunub.

Vətən Fədaisi” sənədli filmi təkcə şəhidin xatirəsini yaşatmaqla kifayətlənmir, gənc nəslin vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, tariximizin və qəhrəman şəhidlərin örnək həyat yolunun gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Tədbirin sonunda şəhid Mübariz Xankişiyevin həyat və döyüş yolu ilə bağlı xatirələr bölüşülüb.

Bundan əlavə, AVMVİB tərəfindən şəhidin xatirəsinə həsr olunmuş şahmat turnirinin qaliblərinə mükafatlar təqdim edilib. Tədbir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi” kollektivinin iştirakı ilə təşkil edilən vətənpərvər mahnılardan ibarət mini konsert proqramı ilə başa çatıb.

Tədbirdə Milli Məclisin deputatları Ceyhun Məmmədov, Razi Nurullayev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmiləri, AVMVİB rəhbərliyi və üzvləri, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, vətəndaş cəmiyyəti fəalları və geniş ictimaiyyət iştirak edib.

Mərasim Azərbaycanın Silahlı Qüvvələrinin vətənpərvərlik ruhunun gücləndirilməsinə və şəhidlərin əziz xatirəsinin daim yaşadılmasına xidmət edən əhəmiyyətli tədbirlərdən biri kimi dəyərləndirilib.

Kənan Cəlilov

ETX
ETX
ETX