AZ

Nihal Candanın ölümünə səbəb olan anoreksiya nədir?

Xüsusilə gənclər arasında rast gəlinən “arıq görünmək” vəsvəsəsi təhlükəli həddə çatıb. Bu xəstəliyə düçar olan insanlar əvvəlcə vəziyyəti dərk etmədikləri üçün bu məsələdə  ailənin və yaxınlarının müşahidələri böyük əhəmiyyət kəsb edir.

Yenisabah.az xəbər verir ki, sosial media fenomeni Nihal Candanın anoreksiya xəstəliyi səbəbilə ölməsi, xəstəliyi yenidən gündəmə gətirib. 

Görünüş tərzi və psixoloji travmaların səbəb olduğu bu pozğunluğun təkcə fiziki deyil, həm də davranış və travmaya əsaslanan bir proses olduğunu vurğulayan Klinik Psixoloq Gözde Göktaş anoreksiyanın çoxşaxəli quruluşunu diqqətə çatdırıb.

O bildirib ki, sosial mediadakı mühakimələr və travmatik həyat hadisələri Candanın səhhətində anoreksiyaya səbəb olub.

Klinik Psixoloq Gözde Göktaş yemək pozğunluqlarının təkcə fiziki deyil, həm də dərin bir psixoloji çöküşün əksi olduğunu ifadə edib. Göktaş ailələrin və yaxın ətrafların bu prosesdə günahkar deyil, tamamilə dəstəkləyici bir rəftar göstərməsi lazım olduğunu vurğulayıb.

Psixoloq həmçinin qeyd edib ki, erkən uşaqlıq, özünü idarə etmə ehtiyacı ilə də əlaqələndirilə bilər.

"Anoreksiya nervoza bir yemək pozuqluğudur. Bu, sadəcə bir davranış prosesi deyil. Travmaya əsaslanan, erkən uşaqlıq, özünü idarə etmə ehtiyacı ilə də əlaqələndirilə bilər. Mükəmməllik, çətin həyat hadisələri və aşağı özgüvəni bu vəziyyətdə müəyyən edən amillər - travmalar, ailə yükləri, mükəmməllikçilik, və sosial medianın tətbiq etdiyi bədən qavrayışı, insan hələ də güzgüdə özünü şişman görür və bu, təhrif edilmiş bədən qavrayışının ən parlaq göstəricisidir".

Klinik Psixoloq Göktaş bu vəziyyətin xüsusilə yeniyetmə və gənc qadınlarda rast gəlinsə də, son illərdə kişilərdə də artdığını bildirib. 

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
39
1
yenisabah.az

2Mənbələr