“Neftçi” ilə müqaviləsi başa çatan Rəhman Hacıyevin “Səbail”in maraq dairəsində olduğunu xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, artıq tərəflər razılığa gəlib. Millimizin sabiq üzvü növbəti mövsüm karyerasını I Liqada davam etdirəcək. Hacıyev “Səbail”dən gələn təkliflə razılışmağa məcbur qalıb.
O, Premyer Liqada oynamaq istəsə də, elitadakı komandaların təklifləri futbolçunun ürəyincə olmayıb. Bu səbəbdən də yarımmüdafiəçi “dənizçilər”lə anlaşıb.
Xatırladaq ki, Hacıyev ötən mövsüm “Neftçi” forması ilə 20 matçda çıxış edib və qol vurmayıb. 31 yaşlı yarımmüdafiəçi 2022-ci ildən “ağ-qaralar”da forma geyinirdi.