AZ

Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb - AQTA

Bakı. Trend:

Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsiilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Trend xəbər verirki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

"Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindənaraşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon MərkəziXəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərədəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrintoksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsidiaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlıvətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanlarıtərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər", -deyə bildirilib.

Seçilən
29
19
az.trend.az

10Mənbələr