AZ

Minskdə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş konfrans keçirilib

Belarusun paytaxtı Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərinin iştirakı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş “Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın pespektivləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Belarus Jurnalistlər İttifaqının sədri, deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, Belarusun ən yüksək tirajlı qəzetlərindən olan “Veçerniy Minsk” qəzetinin baş redaktoru Yuliya Denişik, “Belarus 24” Televiziyasının baş direktorunun müavini Dmitriy Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, Belarusun ən məşhur blogerlərindən olan Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı, ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov çıxış ediblər.

Konfransda Belarus və Azərbaycanın gənc jurnalist və blogerəri üçün press-turların təşkili, multimedia məzmununun mübadiləsi, ortaq layihələr müzakirə olunub.

Seçilən
4
7
demokrat.az

10Mənbələr