AZ

ABŞ 15 ildir İrana hücuma hazırlaşırmış

Pentaqon rəsmiləri ABŞ-nin İrana qarşı iyun əməliyyatının uzun hazırlıq (15 il) və texnoloji inkişafın nəticəsi olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib.

O, "Gecəyarısı Çəkic" kod adlı əməliyyatın müxtəlif bölmələrin: pilotların, tanker ekipajlarının, zirehçilərin və silah hazırlayanların illərlə əməyinin yekunu olduğunu bildirib.

"DTRA komandası yüksək dərəcədə inamla hədəfin zəif tərəflərini müəyyən etdi və silahlar istənilən effekti əldə etmək üçün dizayn edilərək yerləşdirildi", - deyə Keyn bildirib. 

Keyn əlavə edib ki, MOP (Massive Ordnance Penetrator) proqramının əvvəlində aparıcı ekspertlər, o cümlədən onlarla elmlər namizədi iştirak edib.

"Bir anda biz gizli şəkildə ölkədə superkompüter resurslarının ən böyük istehlakçısına çevrildik", - deyə general fikrini yekunlaşdırıb.

Seçilən
8
unikal.az

1Mənbələr