AZ

Tokayev: Bəzi siyasətçilərin çıxışlarını süni intellekt yazır

BAKI, 26 iyun. TELEQRAF

Süni intellekt iqtisadi məhsuldarlığı artırmaqla yanaşı, müəyyən risklər daşıyır.

Teleqraf xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev belə deyib.

O qeyd edib ki, siyasi liderlərin məşhur ChatGPT chatbotdan istifadə edərək, çıxışlar yazırlar.

"Artıq bu gün rabitə, nəqliyyat, enerji, istehsal, səhiyyə və təhsil kimi ənənəvi görünən sahələrə süni intellekt tətbiq olunur. Təbii ki, süni intellektin tətbiqi ilə bağlı mənfi cəhətlər də var. Məsələn, ChatGPT-dən tələbələr istifadə edirlər. Bəzi siyasi liderlərə dəsüni intellekt çıxış hazırlayır".

Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edən Qazaxıstan prezidenti K.J.Tokayev əlavə edib ki, proqnozlara görə, rəqəmsallaşma və süni intellekt 2030-cu ilə qədər qlobal ÜDM-ə 15 trilyon dollardan çox gəlir gətirə və 300 milyona qədər iş yerini əvəz edə, lakin “tamamilə yeni peşələr yarada bilər”.

Seçilən
23
3
teleqraf.com

10Mənbələr