AZ

Bu, təhsil yox, açıq-aşkar biabırçılıqdır - Təhsil eksperti

"Sertifikasiya bazarınız mübarək olsun – bilik yox, əlaqə qazandıran, vicdan yox, vasitə işləyən, ədalət yox, saxtakarlıq hökm sürən bir bazar!"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov çıxış edib.

K.Əsədov bildirib ki, imtahanı təşkil edənlər elə bir sistem qurublar ki, savadlı müəllim deyil, telefonla cavab alanlar “müvəffəqiyyətlə” keçirlər:

"Bu, təhsil yox, açıq-aşkar biabırçılıqdır. Təhsilimizin gələcəyini bu cür saxtakarlıqla formalaşdıranlara nə ad vermək olar? Bu bazarın təşkilatçıları – siz bu millətin gələcəyinə xəyanət edirsiniz!"

Xəbər 2 dəfə oxunub.
Seçilən
25
xezernews.az

1Mənbələr