AZ

Neftçidən YENİ TRANSFER

Ajans.az xəbər verir ki, bu paradə komanda öz sosial media profilində paylaşım edib. Paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
24
17
Ajans.az

10Mənbələr