AZ

Belarusda Putin üçün eksklüziv hədiyyə hazırlanıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Belarus tərəfi Rusiya prezidenti Vladimir Putinə eksklüziv hədiyyə hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib ki, iyunun 14-də Belarus Prezidenti Aleksandr Lukaşenko Qrodno vilayətində yerli müəssisənin məhsulları ilə tanış olub, burada siyasətçiyə "Prezident" adlı pendir göstərilib.

Lukaşenko bəyan edib ki, pendirin üzərinə Kreml təsvir olunarsa, onu Putinə hədiyyə verəcək.

Eysmont qeyd edib ki, hədiyyə artıq hazırdır.

Xatırladaq ki, Rusiya prezidenti Belarusa səfər edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
3
oxu.az

5Mənbələr