AZ

Hacı Əliyevə vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran sərbəst güləşçi Hacı Əliyevə vəzifə verilib.

Teleqraf-ın məlumatına görə, 34 yaşlı veteran pəhləvan bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.

2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.

Seçilən
14
43
teleqraf.com

10Mənbələr