AZ

İranda kütləvi həbslər başladı – Yüzlərlə tutulan var

İranda İsraillə müharibənin başlanmasından sonra genişmiqyaslı repressiyalar dalğası başlayıb. Son məlumatlara görə, ölkədə 700-dən çox şəxs saxlanılıb, azı 6 nəfər edam edilib, onlardan üçü kürddür.

 

Sfera.az xəbər verir ki, bu barədə “Nexta” məlumat yayıb.

 

Saxlanılanlar arasında qadınlar, azyaşlılar və əcnəbilər də var. Onlardan biri Avropa ölkəsi vətəndaşı, ikisi isə Əfqanıstandandır.
Onların saxlanılma səbəbləri kimi casusluq, diversiya fəaliyyəti və ictimai qaydanı pozma kimi ittihamlar irəli sürülüb. Əməliyyatların əsasən kürd regionlarında aparıldığı bildirilir.

 

Hüquq müdafiəçiləri bu həbsləri siyasi təmizləmə adlandıraraq bildirirlər ki, İran hakimiyyəti bunu hərbi münaqişənin kölgəsində həyata keçirir.(Globalinfo)

Seçilən
30
sfera.az

1Mənbələr