AZ

Qubada ATƏŞFƏŞANLIQ – VİDEO

6 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Quba şəhərində “Qalib Ordu, Güclü Vətən” adlı təntənəli bayram konserti təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tanınmış incəsənət ustalarının maraqlı və rəngarəng çıxışları ilə müşayiət olunan tədbir Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında baş tutub.
 

Konsert proqramı iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib, vətənpərvərlik ruhunu daha da gücləndirib.


Bayram axşamı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb və bu anlar qubalıların yaddaşında xoş xatirə kimi qalıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
39
50
bizim.media

10Mənbələr