AZ

Makron Aİ-nin sammitinə saat yarım gecikdi

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilmiş Avropa İttifaqı sammitinə gecikib.

Axar.az Euractiv-ə istinadən xəbər verir ki, Fransa lideri tədbirin rəsmi başlamasından təxminən saat yarım sonra Aİ Şurasının qərargahında görünüb.

Jurnalistlər Makronun yorğun göründüyünü qeyd ediblər.

Sosial şəbəkələrdə bəzi şərhçilər hətta prezidentin sadəcə yuxuya getdiyini iddia ediblər. Gecikdiyi üçün o, sammit öncəsi ənənəvi mətbuat konfransını buraxıb, həmçinin liberal liderlər qrupunun görüşünə də gəlməyib.

Jurnalist Çey Bose sosial şəbəkədə yazıb:

"Aİ sammiti başladı. Makron 1,5 saat gecikdi və körpünün altında yatmış kimi görünürdü".

Seçilən
51
axar.az

1Mənbələr