AZ

Rusiya vətəndaşlarının təxliyəsinə göstərilmiş köməyə görə Azərbaycana təşəkkür edib

Moskva, 26 iyun, AZƏRTAC

Rusiya öz vətəndaşlarının Yaxın Şərqdəki təhlükəli zonalardan çıxarılmasının təmin olunmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan, İran və digər ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Zaxarovanın sözlərinə görə, İranda vəziyyətin gərginləşdiyi ilk vaxtlardan Rusiya Yaxın Şərq regionundan minə yaxın vətəndaşının təxliyə edib. Təkcə İrandan 900 nəfər, İraqdan isə 85 nəfər təxliyə olunub. Bundan əlavə, İsraildən Misir və İordaniya sərhəd-keçid məntəqələri vasitəsilə 130-dan çox rusiyalının çıxarılmasına yardım göstərilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
18
azertag.az

1Mənbələr