AZ

Bakıdakı partlayışla bağlı RƏSMİ MƏLUMAT

Bakıdakı partlayışla bağlı FHN Mətbuat xidməti məlumat yayınlayıb.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyi tərəfindən verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

Ajans.az hadisə yerindən görüntüləri sizlərə təqdim edir: 



Seçilən
13
11
azia.az

10Mənbələr